
Qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fərdi sahibkarlar lisenziya və icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olduğu təqdirdə müvafiq lisenziya və icazələrə malik olmalıdırlar. “Camal Hüquq Bürosu” lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin alınması, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi və bərpa edilməsi sahəsində xidmətlərini təklif edir:
- Müraciət ərizəsinin hazırlanması;
- Tələb olunan kriteriyalara uyğun mütəxəssislərin cəlb olunması, lazım olan avadanlıqların, nəqliyyat vasitələrinin və qeyri yaşayış sahəsinin əldə olunmasına köməklik göstərmək;
- İcarə müqavilələrinin hazırlanması;
- Maddi-texniki baza haqqında məlumatın hazırlanması;
- Keyfiyyətə nəzarət sistemi barəsində arayışın hazırlanması;
- Lisenziya və icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlərin hazırlanması;
- İşçilərin işə qəbul olunması ilə bağlı əmək müqaviləsinin və müvafiq əmrin hazırlanması, əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasının yazılması;
- Və digər əlaqəli xidmətlər.