İnvestisiyalar və mürəkkəb strukturlu daşınmaz əmlak

İnvestisiya müasir iqtisadiyyatın ayrılmaz hissəsi olaraq qəbul edilir. İnvestisiya dedikdə gəlir  və ya digər faydalı effekt əldə etmək məqsədilə uzunmüddətli kapital qoyuluşları və praktiki fəaliyyətin reallaşdırılması, investisiya fəaliyyəti dedikdə isə investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusu başa düşülür.

İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya fəaliyyəti birbaşa və ya dolayı olaraq həyata keçirilə bilər. İnvestisiya fəaliyyəti zamanı investorlarda 2 əsas amili nəzərə alınmalıdır : Gəlir və Risk. Təcrübə göstərir ki, yüksək riskə sahib olan investisiya qoyuluşları yüksək gəlir gətirir. Bəzən bunun əksinə proseslər də baş verir. Gözlənilən nəticənin əldə edilməsi üçün investisiya qoyuluşu zamanı şərait ətraflı öyrənilməli, risklər dəqiq təhlil edilməlidir. İnvestisiya qoyuluşları zamanı risklərin mənbəyi müxtəlif ola bilər. Onlardan qanunvericilik, sosial və iqtisadi vəziyyət, maliyyə və ekoloji durum, ictimai təhlükəsizlik və s. bu kimi mənbələri göstərmək olar.

Biz investisiya mühitini araşdırır, bu sahədəki riskləri təhlil edir, əlverişli şəraiti müqayisə etməklə bütün həll yollarını bir konsepsiya şəklində formalaşdırır və Sizə bu sahədə kompleks hüquqi xidmətlərimizi təklif edirik.

Əmin olun ki, bu sahədəki fəaliyyətinizi “Camal Hüquq Bürosu şirkətinə etibar etməyiniz Sizi olası risklərdən sığortalamağa imkan verəcəkdir. Aktivlərin əldə olunması, mürəkkəb strukturlu daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı müəyyən olunan və baş verə biləcək risklərin hüquqi cəhətdən qarşısının alınması üçün Peşəkar mütəxəssislərimiz sizin müxtəlif fəaliyyət sahələrində investisiya layihələrinizin realizəsi üçün daha təhlükəsiz və effektiv hüquqi modellər təklif edəcəklər.