
“Camal Hüquq Bürosu” beynəlxalq xüsusi hüquq sahəsində geniş təcrübəyə malikdir. Xarici iqtisadi fəaliyyətinizin və investisiyalarınızın hüquqi müşayiəti, sənədləşdirilməsi, mübahisələrin nizamlanması, beynəlxalq müqavilələlərin hazırlanması və müşayiəti, şirkətin korporativ fəaliyyətinin hüquqi qiymətləndirilməsi şirkət tərəfindən göstərilən beynəlxalq xidmətlərə daxildir.
“Camal Hüquq Bürosu” bir konsaltinq şirkəti olaraq beynəlxalq təcrübə sahələri üzrə aşağıdakı xidmətləri göstərir:
- Xarici dövlətin məhkəmə qərarının ölkəmizdə tanınması və icrası ilə bağlı sənədlərin tərtibatı və müvafiq işlərin görülməsi;
- Ölkəmizdə çıxarılan məhkəmə qərarının (aliment, borc, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s.) xarici dövlətdə tanınması və icraya yönəldilməsinə dair sənədlərin tərtibatı;
- Xarici dövlətin tanınması tələb olunmayan məhkəmə qərarlarının ölkəmizdə tanınmadan icrasının həyata keçirilməsi üçün işlərin görülməsi;
- Xarici dövlətlərin arbitrajlarının qərarlarının tanınması və icrası ilə bağlı sənədlərin tərtibatı və buna dair müvafiq işlərin görülməsi;
- Xarici münsiflər məhkəməsi qərarlarının (Beynəlxalq Arbitraj qərarlarının) tanınması və icrasına dair sənədlərin düzgün tərtibatı və bununla bağlı bütün işlərin həyata keçirilməsi;
- Xarici dövlətdən vətəndaşlıq haqqında arayışın istənilməsi ilə əlaqədar ərizə formalarının hazırlanması;
- Xarici dövlətdən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin (doğum, ölüm, nikah, nikahın pozulması haqqında şəhadətnamələrin dublikatının verilməsi, o cümlədən akt qeydlərinə düzəliş edilməklə yeni şəhadətnamələrin verilməsi) istənilməsi ilə əlaqədar ərizə formalarının hazırlanması, eləcə də qeydiyyat qurumuna müvafiq tapşırığın hazırlanması üçün müraciətlərin edilməsi;
- Xarici dövlətdən əmək fəaliyyətinə dair (əmək və iş staji barədə məlumatların əldə edilməsi) arayışın istənilməsi ilə əlaqədar ərizə formalarının hazırlanması, o cümlədən səlahiyyətli qurumlara müvafiq tapşırıqların hazırlanması üçün müraciətlərin edilməsi;
- Xarici dövlətdən məhkumluq haqqında arayışın istənilməsi ilə əlaqədar ərizə formalarının hazırlanması;
- Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmçinin qarşılıqlıq prinsipinə uyğun olaraq müraciət edən şəxslə bağlı istənilən məsələyə dair informasiyanın əldə edilməsi ilə bağlı xarici dövlətə ünvanlanmış müraciətlərin hazırlanması;
- Xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının cəzalarının qalan hissəsini çəkmək üçün ölkəmizə verilmələri ilə bağlı müraciətlərin və sənədlərin hazırlanması, həmin prosesin həyata keçirilməsi üçün müvafiq işlərin aparılması;
- Ölkəmizdə cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsi ilə bağlı sənədlərin hazırlanması və bu sahədə müvafiq işlərin görülməsi;
- Ekstradisiya edilməsi üçün tutulmuş şəxslərin ekstradisiya ilə bağlı sənədlərinin hazırlanması, müvafiq sorğuların edilməsi və buna dair müvafiq işlərin aparılması (Ekstradisiya məsələləri istər MDB ölkələrinə, istərsə də digər dövlətlərə münasibətdə).