Partnyor vəkil
Əliyev Absələddin Murtuz oğlu “Camal Hüquq Bürosu” şirkətinin partnyorudur. Onun əsas fəaliyyət sahələri korporativ, kommersiya, müqavilələr, inzibati, mülki, ailə hüququdur. Absələddin Əliyev Azərbaycan Respublikasında 15 ildən artıq dövlət qulluğunda hüquq təcrübəsinə malikdir. Bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. O cümlədən 10 ildən artıqdır ki, dövlət qulluğu sahəsində Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir. Dövlət qulluğuna qəbul komissiyasında ekspertdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2021-ci ildən Mediasiya Şurasının üzvü kimi mediator fəaliyyətini də həyata keçirir.
Onlarla yerli və beynəlxalq təlim və konfransların iştirakçısı kimi sertifikatlara sahibdir.
İngilis, Rus, Türk dillərini bilir.
Qafqaz Universiteti hüquqşünaslıq