
“Camal Hüquq Bürosu” eyni zamanda işlədiyi şirkətlər üçün etibarlı biznes partnyorudur.
Bu gün sahibkarlar öz bizneslərinin daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırkı qanunverciliyə və dəyişikliklərə uyğunlaşa bilsinlər. Son zamanlar vergi qanunvericiliyində edilən dəyşikliklər operativ reaksiya verməyi tələb edir. Xüsusilə bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. “Camal Hüquq Bürosu” olaraq Bizimlə əməkdaşlıq edən sahibkarların vergi qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik. Vergilər üzrə ixtisaslaşmış əməkdaşlarımızın fəaliyyəti potensial uyğunsuzluqların və vergi mübahisələrinin qarşısını almaqda effektiv nəticə verir. Biz bu təcrübəni həyata keçirdiyimiz layihələr və xidmət göstərdiyimiz şirkətlər sayəsində əldə etmişik. Biz həm xarici, həm də yerli şirkətlərin mühasibat və vergi siyasətinin qurulmasında iştirak edirik. Əgər söhbət şirkətin vergi siyasətinin müəyyən olunmasından gedirsə Biz müvafiq şirkətin fəaliyyətini və risklərini analiz edib qiymətləndirərək, qanuni və təcrübi nöqteyi-nəzərdən daha optimal yanaşmanı seçirik. Sizin şirkətin vergi siyasətini strateji maraqlarınıza uyğun şəkildə təşkil etmək üçün fəaliyyətinizi detallı analiz edərək yeni konsepsiya müəyyən edirik.
“Camal Hüquq Bürosu” olaraq vergi müşaiyəti dedikdə, yalnız vergi bəyannamələrinin göndərilməsini nəzərdə tutmuruq. Vergi müşayiəti olaraq yanaşmamız şirkətinizin fəaliyyətini ətraflı analiz edərək biznes maraqlarınıza cavab verən ən sərfəli, ən etibarlı, sistemli strategiyanın işlənib hazırlanması və həyata keçirilməsini ehtiva edir:
- Vergi uçotu sahəsində kompleks xidmətlər;
- Vergi bəyannamə və sənədlərinin layihələrinin vergi orqanlarına təqdim edilənədək işlənib hazırlanması;
- Vergi orqanlarına sorğu məktublarının göndərilməsi, alınan cavabların analizi;
- Şirkətin “vergi ” siyasətinin “sıfırdan” təşkili;
- Vergi öhdəliklərinin yerinə yetirilməsi, vergi mübahisələrinin həlli ilə bağlı müşaiyət;
- Müqavilələrin vergi strukturlaşdırılması;
- M&A əqdləri;
- Müəssisənin vergi siyasətinin planlaşdırılması;
- Müxtəlif vergi ödəmələri ilə bağlı məsləhətlərin verilməsi;
- Müəssisələrin fəaliyyətinin vergi qanunvericiliyinə uyğunluğunun analizi və vergi risklərinin monitorinqi;
- Vergi hesabatlarındakı uyğunsuzluqların daxili qanunvericiliyə əsasən həlli ilə bağlı konsaltinq.