
Miqrasiya, vətəndaşlıq, iş icazəsi “Camal Hüquq Bürosu” komandasının həm xarici vətəndaşlara, həm də Azərbaycan vətəndaşlarına kömək edə biləcəyi əsas sahələr sırasındadır. Yerli bazara xaricdən işçi qüvvəsinin cəlb edilməsi müasir biznesin özünəməxsus aspektlərindən biri hesab olunur. İşləmək üçün icazənin alınması zamanı ciddi prosedurların mövcudluğu, yüksək məbləğdə cəzaların müəyyən edilməsi, beynəlxalq və daxili qanunvericiliyin vəhdətdə tətbiq edilməsi professional yanaşmanı tələb edir.
“Camal Hüquq Bürosu” miqrasiya qanunvericiliyinin bütün aspektləri ilə yaxından tanışdır və bu sahədə geniş təcrübəyə malikdir. Biz müştərilərimizin maraqlarına təsir edə biləcək həm qanunvericilikdə həmdə təcrübədə baş verən dəyişiklikləri yaxından izləyirik. “Camal Hüquq Bürosu” öz peşəkar komandası ilə yerli və əcnəbi şirkətlərə miqrasiya sahəsi ilə bağlı (rəhbər heyətdən başlayaraq sıravi işçilərədək) konsaltinq xidmətləri göstərir.
Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmayan fiziki şəxslərə konsaltinq xidmətləri təklif olunur:
- Şirkətin miqrasiya sahəsində hüquqi fəaliyyətinin kompleks analizi;
- Şirkətin miqrasiya mübahisələrinin həllində iştirak;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq, iş icazəsi, müvəqqəti və daimi yaşayış yeri ilə bağlı məsələlər üzrə lazım olan sənədlərin hazırlanması və müvafiq icazələrin alınması üzrə konsaltinq.