Biznes üçün effektiv həllər

Biznesin inkişafında vacib məqamlardan biri effektiv həllərin müəyyən olunmasıdır. Yeni yaradılmış şirkət olaraq bağlamağı planlaşdırdığınız və artıq bağlamış olduğunuz müqavilələrin effektiv analizinin aparılması Sizin gələcəkdə baş verə biləcək risklərinizi minumuma endirəcəkdir. “Camal Hüquq Bürosu” biznesin hüquqi konsaltinqi ilə bağlı aşağıdakı xidmətlərini təklif edir:

  • Biznesin kompleks hüquqi ekspertizası;
  • Satılması və ya alınması planlaşdırılan aktivlərin hüquqi ekspertizası;
  • Risklərin aradan qaldırılması ilə bağlı tövsiyə və razılaşmalar üçün hüquqi sənədlərin hazırlanması;
  • Müştərinin maraq və ehtiyacları nəzərə alınaraq daha sərfəli struktura malik razılaşmanın və mərhələli planın hazırlanması, bu razılaşma ilə bağlı konsaltinq xidmətləri;
  • Biznes razılaşmasının məzmun və strukturunun hazırlanması;
  • Bağlanılan razılaşmanın vergi nəticələrinin qiymətləndirilməsi;
  • Müqavilə layihəsinin razılaşdırılması və onun rəsmiləşdirilməsi ilə bağlı tam sənədlər paketinin hazırlanması;
  • Müqavilələrin bağlanması zamanı hüquqi müşaiyət;
  • Danışıqlarda iştirak: Müştərinin maraqlarının komersiya təşkilatlarında və dövlət orqanlarında təmsili.