Borc

Biznes həmişə risk tələb edir. Bəzən biznesdə tərəflər arasında anlaşılmazlıq, borc problemləri yarana bilər. Kiçik həcmli borcların ödənilməsi qarşılıqlı razılaşma əsasında həll oluna bilər, lakin bəzən bir şirkət daxilində müxtəlif qollar(tabeli şirkətlər) mövcud olur. Bu zaman borcların qaytarılması çətinləşir. Bəzi hallarda elə “maxinasiya” sxemi hazırlanır ki, borc planlı şəkildə meydana gəlir. Belə olan halda isə real borclunu tapmaq çox çətin olur.

Biznes sahibi öz işçilərinə şirkətin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və göstərişlər verə bilər. Ancaq yeyinti və digər hallar nəticəsində meydana gələn borcların qaytarılması problemli məsələdir. Əgər Sizin şirkətiniz kiçikdirsə və hüquqşünas ştatınız yoxdursa və ya böyük xərcləriniz varsa, deməli Sizin üçün hər bir cüzi məbləğin əhəmiyyəti vardır. Bundan başqa borcun alınması həm də bir prinsip məsələsidir. Borcların tələb edilməsi zamanı hüquqşünas tərəfindən qanunvericiliyin konkret maddələrinə əsaslanaraq, işin mahiyyətini ifadə edən və qarşı tərəfin təqsirini sübut edən məktub hazırlanarsa geniş məhkəmə baxışına ehtiyac qalmaz.

Borcların qaytarılmaması ən çox rast gəlinən problemlərdən biridir. Bunu qanunauyğun şəkildə və məhkəmə qaydasında peşəkarlıqla yalnız hüquqşünaslar edə bilər. Qeyd etmək lazımdır ki borcun qaytarılması zamanı mübahisə obyekti və predmeti real olmalıdır. Bundan başqa biz verilən borcların qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsini həyata keçiririk. “Camal Hüquq Bürosu” borcların geri qaytarılması və verilən borcların hüquqi sənədləşdirilməsi ilə bağlı xidmətlərini təklif edir:

Bununla Bizim professional hüquqşünaslar və partnyor vəkillərimiz məşğul olur:

  • Bu işlə Siz deyil birbaşa Biz məşğul oluruq.
  • Bizim xidmətimiz nəticələrə görədir. Nəticə yoxdursa Sizin xərcləriniz minimuma endirilir.

Borcların qaytarılmasının həll üsulları:

  • Fərdi barışdırıcı qaydada(barışıq sazişi ilə);
  • Digər tərəfə fərdi qaydada məlumat verib, Həmin məsələni tərəflə birbaşa razılaşdırmaqla;
  • Məhkəmə baxışı və ya digər icraat formasında.