Daşınmaz əmlak

Biz daşınmaz əmlakla bağlı hüquqi xidmətlərin geniş spektrini təmin edən ixtisaslaşmış hüquq firmasıyıq. Komandamız daşınmaz əmlakla bağlı mübahisələrin həllində sizə kömək etməyə hazırdır. Bu, mülkiyyət hüquqları, torpaq sərhədləri və ya digər hüquqi məsələlərlə bağlı mübahisə ola bilər.

Torpaq alarkən, satarkən və ya icarəyə götürərkən hüquqi məsləhətə ehtiyacınız olarsa, biz sizin maraqlarınızın qorunmasına köməklik etməyə hazırıq. Torpaq sahəsi ilə bağlı xidmətlər:

  • Torpağın alqı-satqısı üçün sənədlərin hazırlanması və təhlili.
  • Əməliyyatdan əvvəl torpağa dair sənədlərinin hüquqi cəhətdən qaydasında olub-olmamasının yoxlanılması.
  • Torpağa dair hüquqların, o cümlədən tikinti icazələrinin qeydiyyatında köməklik.
  • Torpağa dair hüquqi mübahisələrin həlli.

Mütəxəssislərdən ibarət komandamız sizə həmçinin mənzil mübahisələri lə bağlı hüquqi məsələlərdə köməklik edəcək. Buraya mənzillərin, fərdi yaşayış evlərinin alqı-satqısı əməliyyatlarının dəstəklənməsi, icarə müqavilələrinin hazırlanması və nəzərdən keçirilməsi və əmlakla bağlı digər məsələlər daxil ola bilər. Mənzillə bağlı xidmətlər:

  • Daşınmaz əmlak, o cümlədən mənzillərin alqı-satqı əməliyyatlarına hüquqi dəstək.
  • Yaşayış sahəsinin icarə müqavilələrinin hazırlanması, yoxlanılması və ekspertizası.
  • Kirayəçilər və ev sahibləri arasında mübahisələrin həlli.
  • İpoteka və daşınmaz əmlak girovu üzrə hüquqi məsləhət.
  • Yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinə keçirilməsi üzrə hüquqi dəstək

Biz hər bir müştərimizi yüksək qiymətləndirir və hüquqi problemlərinizi həll etmək üçün fərdi və peşəkar yanaşmaya zəmanət veririk. Məqsədimiz məlumatlı və düşünülmüş qərarlar qəbul edə bilməyiniz üçün sizə etibarlı hüquqi dəstəyi təmin etməkdir. Ehtiyaclarınızı müzakirə etmək və etibar edə biləcəyiniz yardımı almaq üçün bizə müraciət edin.