Əmək mübahisələri

Əmək qanunvericiliyinin daha çox işçilərin hüquqlarının müdafiəsinə yönəlməsi əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir. Xüsusilə bəzi hallarda, əmək və mülki hüququn sərhədləri o qədər incə olur ki, həll yolları tapmaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur. “Camal Huquq Bürosu” şirkətinin peşəkar hüquqşünas komandası əmək və işəgötürmə sahəsində hüquqi məsləhətlərin verilməsi və preventiv xarakterli tədbirlərin görülməsi ilə bağlı xidmətlər göstərir. Biz əmək hüquq münasibətləri və həmin münasibətlərdən yaranan mübahisələrin hüquqi müstəvi nizamlanması sahəsində aşağıdakı xidmətləri təklif edirik:

  • Əmək mübahisələrinin nizamlanması ,əmək mübahisələri üzrə kompleks müdafiə və hüquqi müşayiət, məhkəmədə müdafiə;
  • Şirkət daxilində əmək qanunvericiliyinin pozulmasının müəyyənləşdirilməsi ilə bağlı auditin həyata kedirilməsi;
  • Əmək hüquq münasibətlərinin sənədləşdirilməsinin həyata keçirilməsi (əmək müqavilələrinin, maddi məsuliyyət müqavilələrinin, kollektiv müqavilələrin, məxfilik müqavilələrinin, əmrlərin, göstəriş, şəxsiyyət barədə qərarların);
  • Əmək münasibətləri sahəsində məhkəmə mübahisələri üzrə risklərin minimallaşdırılması ilə bağlı konsaltinq;
  • Əmək fəaliyyəti ilə bağlı sənədləşdirmənin hazırlanması;
  • Şirkətdaxili şöbələrin yenidən təşkili.