Məhkəmələrdə təmsilçilik

Hüquq & konsaltinq şirkəti olaraq “Camal Huquq Bürosu” öz müştərilərinin məhkəmə mübahisələrinin həllində iştirak edir. Müştərilərimizin kommersiya, qeyri-kommersiya, eləcə də gömrük, vergi, cinayət və arbitraj kimi spesifik sahələrdəki məhkəmə mübahisələrinin həlli üçün “Camal Huquq Bürosu” böyük məhkəmə təcrübəsinə malik vəkillərlə əməkdaşlıq edir. Biz həmçinin etibarlı xarici hüquq & konsaltinq şirkətləri ilə də yaxından əməkdaşlıq edərək, ölkə hüdudlarından kənarda da müştərilərimizin hüquqlarını müdafiə edirik. “Camal Huquq Bürosu” olaraq eyni zamanda müştərilərimizə məhkəməyəqədər mübahisələrin həlli ilə bağlı məsələlərdə öz xidmətlərimizi təklif edirik.

İxtisaslaşdığımız sahələr:

  • Korporativ mübahisələr;
  • Müflisləşmə;
  • Borc tələbi;
  • Bank mübahisələri;
  • Daşınmaz əmlak sahəsindəki mübahisələr;
  • Tikinti sahəsindəki və əlaqəli mübahisələr;
  • Sığorta ilə əlaqəli mübahisələr;
  • Müəlliflik və əlaqəli hüquqlar ilə bağlı mübahisələr;
  • İşgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr;
  • Əmək mübahisələri;
  • Vergi mübahisələri;
  • Gömrük mübahisələri;
  • İstehlakçılar ilə bağlı mübahisələr;
  • Biznesin müdafiəsi ilə bağlı mübahisələr;
  • Beynəlxalq Arbitraj Məhkəmələrindəki mübahisələr.