
Siz mühasibat uçotunu ixtisaslaşmış şirkətə etibar etməklə bir çox üstünlüklər qazanmış olursunuz. Mühasibat uçotunda idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə amildir. “Camal Hüquq Bürosu” şirkətinizin maliyyə məsələlərinin həlli üçün mühasibat, vergi, audit və kadrlar uçotu kimi sahələrdə kifayət qədər təcrübəyə və potensial resurslara malikdir. “Camal Hüquq Bürosu” həyata keçirdiyi mühasibat xidmətlərinin keyfiyyətinə tam zəmanət verir. “Camal Hüquq Bürosu” şirkətlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə mühasibat və bununla əlaqəli xidmətlərini təklif edir:
- Sıfırdan mühasibat uçotunun təşkili və mühasibat uçotunun bərpası;
- Uçot siyasətinin işlənib hazırlanması;
- Vergi hesabatlarının tərtib edilməsi;
- Bank əməliyyatlarının, ticarət, anbar, materialların, əsas vəsaitlərin, gəlirdən çıxılan xərclərin uçotu, habelə amortizasiya hesablamaları və istehsal məsrəfləri;
- Debitor və kreditorlarla, Alıcı və sifarişçilərlə, malsatan və podratçılarla hesablaşmalar;
- Məhsul və xidmət alışının mühasibatlıqda əks etdirilməsi;
- Məhsulların, iş və xidmətlərin satışının uçotda əks etdirilməsi (ƏDV və gəlir vergisi);
- İdxal əməliyyatları və uçotu, Yük gömrük bəyannaməsi;
- Təhtəl hesab şəxslərlə əməliyyatlar və rəsmiləşdirilməsi;
- Əmək haqqının hesablanması və uçotu;
- Tabel və əmək haqqı hesablama cədvəlinin tərtibi;
- Bütün əməliyyatların 1 C proqramında avtomatlaşdırılması və tənzimlənməsi.