Sığorta

Müasir dövrdə korporativ sığorta əməliyyatlarının həyata keçirilməsi, o cümlədən bununla bağlı sığorta nizamlanmasının aparılması bu sahədəki qanunvericiliyin, hüquqi təcrübə və formalaşmış ənənənin kompleks şəkildə tətbiq edilməsini tələb edir. Dünya maliyyə böhranlarının sığorta sahəsinə təsiri kapitalın cəlb edilməsi ilə bağlı razılaşmaların yenidən işlənməsini və aktivlərin idarəedilməsi üzrə effektiv həllərin müəyyən edilməsini labüd edir. Biz öz müştərilərimizin sığorta müqavilələrini işləyib hazırlayarkən ilk növbədə onların riskələrini analiz edirik. Bu sahədəki təcrübəmiz sayəsində sığorta razılaşmaları üzrə təcrübi və strateji tövsiyələr veririk. Şirkətimiz sığorta bazarının iştirakçıları ilə iş sahəsində geniş təcrübəyə malikdir.