Tibb hüququ

Səhiyyə, Tibb, Əczaçılıq, Biotexnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tez-tez gözlənilməz çətinlik və dəyişikliklərlə üzləşirlər. Son zamanlar bu sahədə mövcud olan nizamlayıcı qayda və tələblərin digər biznes sahələrinə nisbətdə daha sürətlə dəyişdiyi müşahidə olunur. Demək olar ki, hər gün bu sahədə yeni texnoloji və kimyəvi kəşflərin şahidi oluruq. Eyni zamanda müvafiq qanunvericilikdə də daim dəyişikliklər baş verir. Bu sektorda məhsullara və subyektlərin fəaliyyətinə dövlət nəzarəti daim artan xətt üzrə güclənməkdə davam edir.

Məhz bu səbəbdən Səhiyyə, Tibb, Əczaçılıq, Biotexnologiya sahəsində fəaliyyət göstərən şirkətlərin etibarlı və təcrübi yanaşmaya ehtiyacı vardır. Şirkətimiz bu sahədə də təcrübəyə malik mütəxəssisləri ortaq layihələrə cəlb edir. Məlumat üçün bildiririk ki, dünya miqyasında səhiyyə/tibb xərcləri 7 trilyon ABŞ dolları civarındadır. Bu dünya ümumi daxili məhsulunun 10 %-i deməkdir. Qeyd olunan tendensiya bu sahədəki şirkətlərin inkişafı üçün hər gün yeni imkanlar açır. Səhiyyə/Tibb özünəməxsus sahədir və xüsusi hüquqi nizamlanma ilə müşayiət olunmağı ehtiva edir.